"Gənclərdən ibarət yığma komandasının üzvü kimi III MDB oyunlarının çempionu oldum. Mən olimpiya komandasının da üzvüyəm".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunan taekvondo yarışlarında qızıl medal qazanan Humay Dadaşova deyib.
"Gələcəkdə daha yaxşı hazırlaşıb, daha böyük nailiyyətlər qazanmağa çalışacam. İnşallah, gələcək gənclərdən ibarət komandaların Avropa çempionatında iştirak edib qızıl medalla dönəcəyimə inanıram. Bu yarışlar mənim karyerama çox yüksək təsir göstərəcəyinə əminəm".
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar