Həmyerlimiz Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib
02.05.2024 - 13:33
Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Prezident Kubokunda mükafata layiq görülüb.
Apasport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.
O, fəxri fərman və kubokla təltif olunub.
Qeyd edək ki, Azərbaycan millisi Prezident Kubokunu 12 medalla başa vurub.
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
- Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
- Taekvondoçularımız dünya çempionatına hazırlıqlarını başa vurublar - FOTO
- Vasif Səlimov: “Hədəfim olimpiya çempionu olmaqdır”
- Taekvondoçularımızdan möhtəşəm uğur: ÜMUMİLİKDƏ 22 medal - FOTO
0
0