“Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondo üzrə respublika çempionatı və ölkə birinciliyinin açılış mərasimində deyib.
Federasiya prezidenti bildirib ki, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və dəstək nəticəsində Azərbaycan idmançıları nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər: “Bu da bizim üçün sevindirici haldır. İl ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir”.
Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar