Azərbaycanın parataekvondo millisi Türkiyə Açıq Beynəlxalq Turnirində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, martın 25-də Antalyada start götürəcək yarışda ölkəmizi K44 kateqoriyasında altı idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) dayanacaq üzərinə çıxacaqlar.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran turnirdə komandaya baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar