Azərbaycan taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcək.
Apasport.az xəbər verir ki, bunu federasiyasnın mətbuat xidməti açıqlayıb.
Milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.
Qardaş ölkədə baş tutacaq təlim-məşqin ardından taekvondoçular mayın 16-da Bolqarıstana gedəcək.
İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcək.
Qeyd edək ki, mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.
- Azərbaycan taekvondoçuları Batumidə 22 medal qazanıb
- Parataekvondoçularımızın yeni reytinqdə mövqeləri açıqlanıb
- Parataekvondoçumuz beynəlxalq turnirin finalında
- Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb