Parataekvondoçularımızın Ankaradakı təlim-məşq toplanışı başa çatıb
30.06.2025 - 21:26
Parataekvondoçulardan ibarət Azərbaycan millisi Ankarada təlim-məşq toplanışı başa çatıb.
Apasport.az xəbər verir ki, hazırlıq prosesi Türkiyə yığması ilə birgə təşkil olunub.
Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə baş tutacaq toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova iştirak edib.
İdmançılar sparrinq rəqiblərlə görüşlərdə öz bacarıqlarını bir daha yoxlamadan keçiriblər.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0