Taekvondo hakimlərimiz Türkiyədə mükafatlandırılıb
13.02.2025 - 00:21

Antalyada keçirilən 12-ci Türkiyə Açıq beynəlxalq turnirində yarışın hakimlərinə xatirə hədiyyələri təqdim olunub.
Apasport.az xəbər verir ki, onlar arasında azərbaycanlı hakimlərdə yer alıb.
Hədiyyələr Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıqulu tərəfindən verilib. O və qurumun texniki nümayəndəsi İnseon Kim ədalət təmsilçilərinə yarışa verdikləri töhfəyə görə təşəkkür ediblər.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev, Aygül Abdullayeva, Ramal Camalov və Etibar İbrahimov yarışda ədaləti qoruyublar.
- Pumse üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Taekvondo üzrə ölkə birinciliyi keçiriləcək
- Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
- Bakıda ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək
0
0