Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Yarışda ümumilikdə 35 klubdan 145 idmançı iştirak edəcək.
Yarışda açılış mərasimi saat 17.00-da olacaq.
Açılış mərasimində rəsmi və bədii hissə nəzərdə tutulub. Ardınca final qarşılaşmaları və daha sonra mükafatlandırma mərasimi olacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar