28–30 aprel tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi təşkil olunacaq.
Apasport.az xəbər verir ki, üç gün davam edəcək yarışda paytaxt və müxtəlif bölgələrdən 70 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 554 idmançı çempionluq uğrunda mübarizə aparacaq.
Birincilikdə 2012, 2013 və 2014-cü il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.
Oğlanlar arasında çəki dərəcələri:
33 kq, 37 kq, 41 kq, 45 kq, 49 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq
Qızlar arasında çəki dərəcələri:
29 kq, 33 kq, 37 kq, 41 kq, 44 kq, 47 kq, 51 kq, 55 kq, 59 kq, +59 kq.
Yarışın bütün görüşləri Azərbaycan Taekvondo Federasiyası rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, azarkeşlər və idmansevərlər üçün arenaya giriş sərbəstdir.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar