“Yarışa hazırlıq prosesimiz federasiyadakı məşq bazasında davam edir".
Apasport.az xəbər verir ki, bunu Şimali Makedoniya və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan taekvondoçusu Xuraman Cavadzadə deyib.
44 kq-da dayanq üzərinə çıxacaq idmancı Milli Olimpiya Komitəsinin rəsmi saytına yarış öncəsi fikirlərini açıqlayıb: "Təlim-məşq toplanışları və il ərzində iştirak etdiyim yarışlar mənim üçün festival öncəsi yüksək formada olmağa imkan yaradıb. Çalışacağam ki, bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil edərək medal uğrunda əzmlə mübarizə aparım".
Qeyd edək ki, taekvondo yarışları ilk dəfə EYOF yarışlarının təqvim planında yer alıb. Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək taekvondo yarışlarında ölkəmiz 5 oğlan və 3 qız idmançı ilə təmsil olunacaq.
- Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO
- Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
- Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə bürünc medal qazanıb
- ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib
- Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”