Yığmamız qitə çempionatına 3 parataekvondoçu ilə yollanır
07.05.2024 - 23:11

Azərbaycan parataekvondo yığması Avropa çempionatında mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, turnir mayın 9-12-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Çempionatda millimizin baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.
- Taekvondoçularımız Qazaxıstan və Özbəkistanda 6 medal qazanıblar
- ATF-nin təşkilatçılığı ilə dan imtahanı keçiriləcək
- Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreyaya səfər edib
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
- Taekvondoçularımızın dairəvi döyüş məşqləri keçiriləcək
0
0