"Öncə onu qeyd edim ki, ölkəmizi təmsil edərək qızıl medal qazanmağıma görə çox sevincliyəm. Biz bu yarışlara bütün komanda olaraq ciddi hazırlaşmışdıq".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunan taekvondo yarışlarında Azərbaycan tarixində ilk qızıl medal qazanan Ziya Həsənli deyib.
"Finalda rəqibim Rusiya təmsilçisi idi. Yorğunluğa baxmayaraq qarşılaşmaya böyük inamla qatıldım və yüksək nəticə əldə etdim. Bir idmançı kimi gələcəkdə daha məsuliyyətli çalışmağı, daha böyük nailiyyətlər göstərməyi düşünüram. Əminəm ki, komanda olaraq gələcəkdə keçirilən beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyik".
- Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO
- Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
- Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə bürünc medal qazanıb
- ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib
- Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”