Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb
08.08.2025 - 11:43
Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb.

Apasport.az xəbər verir ki, italiyalı Rikkardo Sinikropi - Stiv Pyernikola Strakuadaini cütü çempion olub. Ukraynalılar - Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıb.

İlk üçlüyü isə israilli Aleksandr Qluşko və Alon Fayman  tamamlayıb.

Mükafatları Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim edib.

Qeyd edək ki, beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edib. Ümumilikdə isə 30 padelçi medallar uğrunda yarışıb.