Serbiyalı tennisçi Novak Cokoviç Afina şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirinin finalında italiyalı Lorenso Muzettini məğlub edib.
Apasport.az xəbər verir ki, gərgin keçən görüş 4:6, 6:3, 7:5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb.
Bu qələbə Cokoviç üçün karyerasında 101-ci titul olub. O, Açıq dövr (peşəkar və həvəskar tennisin ayrıldığı dövrün başa çatmasından sonrakı mərhələ) üzrə qazanılmış titul sayına görə üçüncü yerdə qərarlaşıb.
Siyahıya 109 titul qazanan amerikalı Cimmi Konnors başçılıq edir, ikinci yerdə isə 103 titul sahibi olan isveçrəli Rodcer Federer qərarlaşıb.
- Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib