Paris-2024: Cokoviç Olimpiadanın qalibi olub
04.08.2024 - 19:46
Paris-2024: Cokoviç Olimpiadanın qalibi olub

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.

Finalda serbiyalı məşhur tennisçinin rəqibi ispaniyalı Karlos Alkaras olub. Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 37 yaşlı raketka ustası "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibidir.

0