Sobolenkodan 3-cü böyük titul
08.09.2024 - 10:34
Sobolenkodan 3-cü böyük titul

“US Open”də qadın tennisçilərin yarışına yekun vurulub.

Apasport.az xəbər verir ki, Finalda Arina Sobolenko və Cessika Pequla üz-üzə gəlib.

7:5, 7:5 hesabı ilə qalib gələn belaruslu tennisçi karyerasında ilk dəfə “US Open”in çempionu olub. 26 yaşlı Arina “Böyük dəbilqə”lərdə 3-cü titula sahib çıxıb.

Dünyanın ikinci raketkası “Australian Open”də 2023-cü və 2024-cü illərin çempionudur.

0