Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər
21.05.2024 - 13:54
Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, sabah start götürəcək turnirdə 4 idmançımız mübarizə aparacaq. 

Turnirdə Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı medallar uğrunda yarışacaqlar. 

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli referi yarışın oyunlarını idarə edəcək.

0