“2000-dən çox qadınla birlikdə olmuşam” - əfsanəvi basketbolçu
17.04.2020 - 13:38
“2000-dən çox qadınla birlikdə olmuşam” - əfsanəvi basketbolçu

"12 yaşımda anamı xərçəngdən, atamı isə narkotikdən itirdim".

Apasport.az saytının məlumatına görə, bunu MBA-nın əfsanəvi basketbolçusu Lamar Odom deyib.

"Los-Anceles Leykers"in unudulmaz simalarından olan 41 yaşlı sabiq basketbolçu şok açıqlamaları ilə gündəmə gəlib. İki dəfə MBA çempionu olmuş (2009, 2010) amerikalı idmançı atası kimi, narkotik aludəçisi olduğunu etiraf edib: "Məndən "narkotikə nə qədər pul xərcləmisən" soruşsanız "100 milyon dollar" deyərəm. Məni görən bütün həkimlər gəzən möcüzə adlandırırdılar. Hər gün narkotikdən istifadə edirdim. Özümə nəzarət etmirdim, heç buna cəhd də göstərmirdim".

Odom gecə həyatı aludəçiliyindən də danışıb. O, buna görə çox xərcə düşdüyünü bildirib: "Narkotik karyeramı erkən bitirməyimə səbəb oldu, formada qalmaq istəyimi öldürdü. Çünki bundan əl çəkə bilmirəm. 2000-dən çox qadınla birlikdə olmuşam. Həftədə 6 qadınla yatırdım. Üstəlik, qoruyucudan istifadə etmirdim, bu üzdən həyatım boyu abort pulu ödəmək məcburiyyətində qalmışam".

2009-cu ildə Xloi Kardaşyanla ailə həyatı quran keçmiş basketbolçu 2015-ci ildə ondan ayrılıb. Odom bunun səbəbinin Kardaşyana xəyanət etmək olduğunu deyib: "Evli olduğum zaman həmişə gizlin narkotik çəkmişəm. Xloi bunu çox gec bildi. Ona çox xəyanət etdim, ən sonda bunun videosu ortaya çıxdı. Xloinin niyə mənə bu qədər tab gətirdiyini başa düşə bilmirəm".

2015-ci ildə 3 gün ziyafət verən və bunun üçün 75 min dollar xərcləyən Lamar Odom narkotik səbəbindən komaya girib və bu zaman 6 dəfə infarkt keçirib. O, Kobe Brayantı itirməkdənsə, özünün yenidən komaya girməsini üstün tutur: "Ölümü aldatdım, dərman qəbulundan imtina etdim. Ancaq Kobeni itirməkdənsə Tanrının məni yenidən komaya salmasını istərdim".

Qeyd edək ki, Lamar Odom 1999-2014-cü illərdə peşəkar basketbolla məşğul olub.
 

0
Lamar Odom basketbol