Qadın voleybolçular arasında “Bahar kuboku”na yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turnirin ikinci günündə həlledici qarşılaşmalar baş tutub.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib. Öncə 3-cü yer uğrunda matç təşkil olunub. “Azərreyl” UNEC üzərində asan qələbə qazanıb – 3:0.
Finalın da taleyi üç setdə həll olunub. “Abşeron” “Murov”la görüşdə çətinlik çəkməyib. Super Liqada çempionluğu təmin edən Eldar Yusubovun yetirmələri aktivinə daha bir titul əlavə ediblər.
Qeyd edək ki, yarımfinalda “Abşeron” “Azərreyl”i 3:1, “Murov” UNEC-i 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bahar kuboku
18 mart
3-cü yer uğrunda oyun
14:00. "Azərreyl" - UNEC - 3:0 (25:20, 25:14, 25:16)
AVF-in idman zalı
Final
16:00. "Abşeron" - "Murov" - 3:0 (25:23, 25:18, 25:18)
AVF-in idman zalı