Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun matçlarına start verilib.
Apasport.az saytının məlumatına görə, hava şəraiti ilə bağlı təxirə salınan və bu gün keçirilən turun ilk görüşündə “Azərreyl” və “Abşeron” üz-üzə gəlir.
Nominal qonaqlar Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan matça baş məşqçisiz çıxıb. Komandanın çalışdırıcısı Eldar Yusubov oyunda iştirak etmir. Buna səbəb təcrübəli mütəxəssisin anasının vəfatıdır. Onun yoxluğunda “Abşeron”a Mixail Solovyov rəhbərlik edir.
Qeyd edək ki, günün ikinci matçında UNEC “Murov”u sınağa çəkəcək.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq