“Azərbaycanla oyun daha asan oldu” - Polina
23.08.2021 - 10:51
“Azərbaycanla oyun daha asan oldu. Fransa ilə görüşümüz daha çətin alınmışdı”.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının voleybolçusu Polina Matveyeva deyib.
O, AVRO-2021-in Azərbaycan yığması ilə oyunundakı 3:0 hesablı qələbəyə şərh verib: “Qələbə qazansaq da, səhvlərimiz oldu. Bəzi çatışmazlıqlar var. Onların üzərində hələ işləməliyik. İndi növbəti oyun barədə düşünürük. Qarşıdakı matça hazırlaşmalıyıq”.
Qeyd edək ki, Azərbaycan yığması Belçika, Bosniya və Herseqovina, Rusiya ilə görüşlərin hamısında 0:3 hesabı ilə uduzub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0