Martın 17-də Azərbaycan Voleybol Federasiyasında Novruz bayramına həsr etdiyi “Bahar” kubokuna start veriləcək.
Apasport.az saytının məlumatına görə, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Super Liqanın iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca saat 16:00-da isə “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, birinci gün qalib gələn komandalar 1-ci yer uğrunda, məğlub komandalar isə 3-cü yer mübarizə aparacaq. Hər iki matç martın 18-də keçiriləcək.
“Bahar” kubokunun oyunları federasiyanın idman zalında təşkil olunacaq.