Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Türkiyədə beynəlxalq turnirdə çıxışını uğursuzluqla başa vurub.
Apasport.az saytının məlumatına görə, Famil Ağayevin rəhbərlik etdiyi kollektiv yarışı bir set belə qazanmadan sonuncu pillədə bitirib.
Qrup mərhələsində “Qalatasaray” və “PTT Spor”a 0:3 hesabı ilə uduzan “dəmiryolçular” 5-ci yer uğrunda görüşdə “Çan Genclik Kale Spor”un da müqavimətini qıra bilməyib. Rəqib 3:0 (25:17, 25:16, 25:15) hesabı ilə qalib gəlib. Nəticədə millinin bazası hesab edilən bakılılar 6 komanda arasında 6-cı olub.
Turnirin qalibi adını “Qalatasaray” qazanıb. Onlar finalda “Kuzeyboru”nu 3:0 hesabı ilə məğlub ediblər. “Üçlüy”ü isə Azərbaycan millisinin blokçusu və kapitanı Ayşən Abduləzimova, həmçinin hücumçu Nikalina Başnakovanın heyətində yer aldığı “Sarıyer Bələdiyyəspor” qapayıb. İstanbul təmsilçisi “PTT Spor”dan güclü olub – 3:1.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq