Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.
Apasport.az saytının məlumatına görə, fevralın 17-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə başlayacaq.
Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq