Bu gün voleybol üzrə “Bahar kuboku”na start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan yarışın ilk görüşündə “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.
Super Liqada çempionluğu təmin edən Eldar Yusubovun komandası yenə də "dəmiryolçular"dan güclü olub. "Azərreyl" ikinci setdə oyununda dönüş yaratsa da, bundan artığına gücü çatmayıb.
“Murov” və UNEC-ə görüşündə də sensasiya baş verməyib. Gözlənildiyi kimi, Vüqar Əliyevin komandası asan qələbəyə sevinib.
Qeyd edək ki, sabah "Abşeron" "Murov"la 1-ci yer, "Azərreyl" UNEC-lə 3-cü yer uğrunda mübarizə aparacaq.
Bahar kuboku
17 mart
14:00. “Azərreyl” - “Abşeron” - 1:3 (13:25, 25:18, 23:25, 17:25)
AVF-in idman zalı
16:00. “Murov” – UNEC - 3:0 (25:19, 25:15, 25:22)
AVF-in idman zalı