Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun matçları keçirilib.
Apasport.az saytının məlumatına görə, hava şəraiti ilə bağlı təxirə salınan oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
I dövrənin son oyun gününün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gəlib. Liderlərin duelində asan qələbə qazanan Eldar Yusubovun yetirmələri dövrənin qalibi olmaqla yanaşı, çempionatın vahid liderinə çevrilib.
Ardınca UNEC “Murov”u sınağa çəkib. Autsayderlərun mübarizəsində "tələbələr" qələbə qazanıb. Onlar tay-brekdə qalib gəlməklə, həm xal hesabını açıblar, həm də 3-cü pillədəki yerlərini möhkəmlədiblər. “Murov” da 2 set hesabına 1 xala sevinsə də, dövrəni son pillədə başa vurub.
II tur, təxirə salınan oyunlar
25 yanvar
16:00. “Azərreyl” - “Abşeron” - 0:3 (19:25, 22:25, 17:25)
AVF-nin idman zalı
18:00. UNEC - “Murov” - 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10)
AVF-nin idman zalı
N |
K |
O |
Q |
M |
S |
T |
X |
1 |
Abşeron |
3 |
3 |
0 |
9-0 |
226-162 |
9 |
2 |
Azərreyl |
3 |
2 |
1 |
6-4 |
229-208 |
6 |
3 |
UNEC |
3 |
1 |
2 |
4-8 |
214-270 |
2 |
4 |
Murov |
3 |
0 |
3 |
2-9 |
217-246 |
1 |