Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrəyə start verilib.
Apasport.az saytının məlumatına görə, 35 günlük fasilədən sonra bərpa olunan çempionatda X turun iki qarşılaşması baş tutub.
Hər iki oyun Voleybol Federasiyasının idman zalında təşkil olunub. Öncə meydana “Murov” və “Azərreyl” çıxıb.
Nominal qonaqlar bu qarşılaşmada "quru hesabla" qalib gələrək, gümüş medalları təmin ediblər.
Tura UNEC və “Abşeron”un görüşü ilə yekun vurulub. Autsayder çempiona 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Abşeron” çempionluğu təmin edib.
Super Liqa
X tur
5 aprel
16:00. “Murov” - “Azərreyl” - 0:2 (22:25, 10:25, 19:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
18:00. UNEC - “Abşeron” - 0:3 (22:25, 14:25, 19:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
N |
K |
O |
Q |
M |
S |
T |
X |
1 |
Abşeron |
10 |
10 |
0 |
30-3 |
815-606 |
30 |
2 |
Azərreyl |
10 |
5 |
5 |
20-18 |
843-808 |
17 |
3 |
Murov |
10 |
3 |
7 |
13-25 |
805-845 |
8 |
4 |
UNEC |
10 |
2 |
8 |
11-28 |
706-910 |
5 |