Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 2 oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmada “Murov”la “Azərreyl” üz-üzə gəlib.
Famil Ağayevin komandası ilk dövrədə olduğu kimi, yenə meydandan 3 xalla ayrılıb. "Azərreyl" ikinci setdə məğlubiyyətə üzülsə də, yekunda 3:1 hesablı qələbəyə sevinib.
Günə “Mübariz” UNEC matçı ilə yekun vurulub. Görüşdə Adnan Kistakının yetirmələri 3 xalı 3 setlə əldə edib.
Bu matçlardan sonra turnir cədvəlində dəyişiklik olmayıb. "Azərreyl" liderliyini möhkəmlədibsə, "Mübariz" "Murov"la xal fərqini 6-ya çatdırıb.
Azərbaycan çempionatı
Super Liqa, qadınlar
25 fevral
15:00. “Murov” – “Azərreyl” - 1:3 (16:25, 25:22, 21:25, 15:25)
Dərnəgül Voleybol Mərkəzi
18:00. “Mübariz” – UNEC - 3:0 (25:15, 25:14, 25:14)
Dərnəgül Voleybol Mərkəzi
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Azərreyl |
6 |
6 |
0 |
18-2 |
495-347 |
18 |
2 |
Abşeron |
6 |
5 |
1 |
16-5 |
498-408 |
15 |
3 |
Mübariz |
5 |
3 |
2 |
10-7 |
357-355 |
9 |
4 |
Murov |
5 |
1 |
4 |
6-12 |
378-412 |
3 |
5 |
Gürcüstan |
4 |
1 |
3 |
3-11 |
265-326 |
2 |
6 |
UNEC |
6 |
0 |
6 |
2-18 |
336-481 |
1 |