Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün daha bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, I turdan təxirə salınan “Azərreyl” – UNEC görüşü Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Görüş “dəmiryolçular”ın üstünlüyü ilə start götürüb. Bunun nəticəsi olaraq Famil Ağayevin yetirmələri ilk seti 11 top fərqilə qazanıblar. Ardınca “tələbələr” status-kvonu bərpa etsələr də, bundan artığına gücləri çatmayıb. “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bu qələbə “dəmiryolçular”ın “Abşeron”a çatması ilə nəticələnib. Lakin “Azərreyl” turnir cədvəlində set fərqinə görə ikinci pillədə qalıb.
Super Liqa
21 yanvar
I tur, təxirə salınan oyun
“Azərreyl” – UNEC - 3:1 (25:14, 19:25, 25:18, 25:15)
N |
K |
O |
Q |
M |
S |
T |
X |
1 |
Abşeron |
2 |
2 |
0 |
6-0 |
151-104 |
6 |
2 |
Azərreyl |
2 |
2 |
0 |
6-1 |
171-127 |
6 |
3 |
UNEC |
2 |
0 |
2 |
1-6 |
115-169 |
0 |
4 |
Murov |
2 |
0 |
2 |
0-6 |
116-153 |
0 |