Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.
Yanvarın 18-də III tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
Yanvarın 21-də isə I turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşsiz buraxılmayacaq.