Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa kubokunda mübarizə aparıb.
Apasport.az saytının məlumatına görə, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz II raundda Yunanıstanın “AEP Panorama” klubu ilə üz-üzə gəlib.
Duel Bakı klubu üçün uğursuz alınıb. Hər iki görüşü Salonikidə keçirən həndbolçularımız yarışla startdaca vidalaşıblar.
Oktyabrın 23-dəki matçda “AEP Panorama” meydan sahibi olub və 37:21 hesabı ilə qələbə qazanıb. Komandamız bu gün eyni məkanda təşkil olunan cavab görüşünə nominal meydan sahibi kimi çıxıb. “Azəryol” məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 27:23. Lakin iki oyunun yekununa əsasən top fərqi rəqibin xeyrinə olduğundan (60:48), “AEP Panorama” mərhələ adlayıb.
Qeyd edək ki, ilk görüşdə komandamızın bombardiri İnarə Yusubova (5), ikinci oyunda Elnarə İbrahimova (14) olub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq