"Bahar kuboku"nun qalibləri dəqiqləşdi
30.03.2022 - 22:30
Texniki Universitetin İdman Sarayında 14 yaşa qədər basketbol üzrə oğlanlar və qızlardan ibarət komandaların iştirakı ilə keçirilən "Bahar kuboku"na yekun vuruldu.
Apasport.az saytının məlumatına görə, turnirdə 36 komanda iştirak edib.
Onlardan 24-ü oğlanlardan, 12-si qızlardan ibarət olub.
Finalda 2 nömrəli RİOEUGİM-in qız komandası" Şağan Olimpiya İdman Kompleksi"nə 66:55 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Oğlanların həlledici görüşündə Təhsil Respublika İdman Mərkəzinin yığma komandası 2 nömrəli RİOEUGİM-i 83:37 hesabı ilə məğlub edərək birinci yeri tutub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0