“Avropa Olimpiya Təsnifat Turniri çox çətin, gərgin və maraqlı olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Covanni Kaprara deyib.
İtaliyalı mütəxəssis sabah start götürəcək Avropa Təsnifat Turniri ərəfəsində fikirlərini açıqlayıb. Turnirin meydan sahibi olan Niderland yığmasına rəhbərlik edən çalışdırıcı Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqəyə iddialı olduqlarını gizlətməyib: “Yarışda iştirak edən hər bir komanda bilir ki, Tokioya vəsiqə qazanmaq üçün yalnız bir şansı qalıb. Bu da hamının əsəblərini tarıma çəkəcək. Buna baxmayaraq, bizim çox güclü komandamız var. Yarışa hazırlıq üçün olan qısa müddətdən mümkün qədər faydalanmağa çalışmışıq. Şübhəsiz ki, oyunların evdə keçirilməsi də üstünlükdür. Mən bu komandaya olimpiya xəyalını gerçəkləşdirməkdə kömək etməliyəm”.
Qeyd edək ki, yanvarın 7-12-də keçiriləcək turnirdə Azərbaycan millisi Niderland, Polşa və Bolqarıstanla eyni qrupda yer alıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq