“Ekspress” “Neftçi”ni gözləyir
14.03.2022 - 14:47
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə martın 15-də start veriləcək.
Apasport.az saytının məlumatına görə, həmin gün XI tur çərçivəsində “Ekspress” – “Neftçi” və “Murov” - “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və 18:00-da start götürəcək.
Martın 18-də isə XII turun oyunları baş tutacaq. Öncə meydana saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - “Ekspress” duelinə start veriləcək.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0