“Mövsümün əvvəlində Braziliyada keçirilən Olimpiya Təsnifat Turnirində mübarizə apardıq”.
Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.
O, sabah start götürəcək Avropa Olimpiya Təsnifat Turniri ərəfəsində fikirlərini açıqlayıb. Milliləşən legioner yığmamızın bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq şansını dəyərləndirib: “Braziliyadakı turnirdə biz gözlədiyimiz səviyyədə çıxış edə bilmədik. Hərçənd biz daha yaxşı oyun göztərəcəyimizi gözləyirdik. Lakin Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha bir şansımız var. Bilirik ki, rəqiblərimiz çox güclüdür. İnanıram ki, bütün komandamız sadəcə möhtəşəm çıxış edəcək”.
Qeyd edək ki, Hollandiyada təşkil olunacaq turnirin oyunları yanvarın 7-12-də keçiriləcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq