“Mubariz” yoxlama matçında qalib gəldi
13.12.2019 - 11:40
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasına hazırlaşan “Mubariz” və UNEC klubları yoxlama görüşü keçiriblər.
Apasport.az saytının məlumatına görə, matç Azərbaycan Voleybol Federasiyasının zalında baş tutub.
Daha təcrübəlilərdən qurulan Adnan Kistakın komandası qalib gəlib. UNEC 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Super Liqa, həmçinin Yüksək Liqa sabah start götürəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0