“Mübariz”in debüt oyunu dəqiqləşdi
19.12.2019 - 18:04
“Mübariz”in debüt oyunu dəqiqləşdi

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, qadın voleybolçuların Super Liqasında I turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək. 

Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutacaq qarşılaşmada “Mübariz” debüt oyununa çıxacaq. Onların rəqibi “Murov” olacaq. Görüşün start fiti 15:00-da veriləcək. 

Ertəsi gün eyni saatda isə zal Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. MOİK “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, I turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib. 
 

0
voleybol Azərbaycan çempionatı Mübariz klubu