Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, tur çərçivəsində iki matç baş tutub.
Hər iki görüş “Murov” voleybol klubunun idman zalında təşkil olunub. Öncə mükafatlar uğrunda mübarizə aparan “Neftçi” və MOİK meydana çıxıb. İlk seti MOİK öndə tamamlasa da, bundan artığına gücü çatmayıb. Nəticədə “Neftçi” 3:1 hesablı qələbəyə sevinib.
Tura liderin qarşılaşması ilə yekun vurulub. “Murov” autsayderlər zonasında qərarlaşan “Ekspress”i sınağa çəkib. Gözlənildiyi kimi, cütün favoriti rəqibi qarşısında çətinlik çəkməyib. Hər üç setdə “Ekspress”ə şans verməyən “Murov” liderliyini qoruyub.
Azərbaycan Yüksək Liqası
XII tur
18 mart
15:00. MOİK - “Neftçi” – 1:3 (25:22, 23:25, 23:25, 12:25)
“Murov” Voleybol Klubunun idman zalı
17:00. “Murov” - “Ekspress” - 3:0 (25:13, 25:12, 25:22)
“Murov” Voleybol Klubunun idman zalı
|
1 |
Murov |
9 |
8 |
1 |
25-7 |
783-598 |
23 |
|
2 |
Neftçi |
9 |
7 |
2 |
24-7 |
742-562 |
22 |
|
3 |
MOİK |
8 |
5 |
3 |
16-11 |
619-580 |
15 |
|
4 |
Ekspress |
9 |
2 |
7 |
6-21 |
467-652 |
6 |
|
5 |
Sərhədçi |
9 |
0 |
9 |
2-27 |
509-728 |
0 |
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq