Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVIII turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, turun matçları “Murov” Voleybol Klubunun idman zalında baş tutub.
Turun mərkəzi qarşılaşmasında MOİK “Murov”la üz-üzə gəlib. “Hərbçilər” liderə müqavimət göstərməyə çalışsa da, üç setdə uduzub.
Günə autsayderlərin matçı ilə yekun vurulub. Medal şansını itirən “Ekspress” və “Sərhədçi”nin dueli 3 set davam edib. Qələbə qazanan “sərhədçilər” sonuncu pillədən qurtulublar.
Qeyd edək ki, bu tur “Neftçi” istirahət edib.
Yüksək Liqa
XVIII tur
15 aprel
15:00. MOİK - “Murov” - 0:3 (21:25, 24:26, 20:25)
“Murov” voleybol klubunun idman zalı
17:00. “Ekspress” - “Sərhədçi” - 0:3 (22:25, 23:25, 15:25)
“Murov” voleybol klubunun idman zalı
1 |
Murov |
14 |
13 |
1 |
40-7 |
1159-870 |
38 |
2 |
Neftçi |
14 |
11 |
3 |
36-14 |
1187-930 |
33 |
3 |
MOİK |
15 |
8 |
7 |
28-23 |
1143-1078 |
25 |
4 |
Sərhədçi |
14 |
2 |
12 |
9-37 |
828-1133 |
6 |
5 |
Ekspress |
15 |
2 |
13 |
7-39 |
810-1117 |
6 |