“Neftçi” qapını bərk vurdu, çempiondan mövsümə məğlubiyyətlə vida
20.04.2022 - 18:50
“Neftçi” qapını bərk vurdu, çempiondan mövsümə məğlubiyyətlə vida

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, XX turun matçları “Murov” Voleybol Klubunun idman zalında baş tutub.

Bu turadək bütün komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşdiyindən sonuncu tur formal xarakter daşıyıb. Günün ilk görüşündə qızıl və gümüş mükafatçı üz-üzə gəlib. “Murov” favorit sayıldığı qarşılaşmada “Neftçi”yə uduzub.

Mövsümün son matçında da turnir cədvəlindəki qonşular üz-üzə gəlib. Bürünc mükafatçı MOİK “Sərhədçi”ni məğlub etməkdə çətinlik çəkməyib.

Qeyd edək ki, sonuncu yerin sahibi “Ekspress” ötən tur son görüşünü keçirib.

Yüksək Liqa
XX tur
20 aprel
15:00. “Neftçi” - “Murov” - 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12)

“Murov” voleybol klubunun idman zalı

17:00. “Sərhədçi” – MOİK - 1:3 (27:25, 12:25, 23:25, 13:25)
“Murov” voleybol klubunun idman zalı

1

Murov

16

14

2

45-10

1341-1018

42

2

Neftçi

16

13

3

42-16

1375-1089

38

3

MOİK

16

9

7

31-24

1243-1153

28

4

Sərhədçi

16

2

14

10-43

938-1308

6

5

Ekspress

16

2

14

7-42

862-1192

6

 

0