“Təsnifat turnirinə hazırlaşmaq üçün kifayət qədər çox vaxtımız olmayıb”.
Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vasif Talıbov deyib.
Çalışdırıcı Niderlandın Apeldorn şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifat Turniri ərəfəsində fikirlərini açıqlayıb. Avropa Voleybol Konfederasiyasının saytına danışan V.Talıbov öncədən bəhanələr gətirərək mümkün uğursuzluqları sığortalamağa cəhd edib: “Ölkə xaricində legioner həyatı yaşayan bir neçə oyunçumuz var. Onlar uzaqdan gəliblər. Məsələn, Polina Rəhimova Braziliyada oynayır. Hazırlıq üçün vaxtımız az olub. Amma ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq”.
Qeyd edək ki, millimiz bu gün Niderlandla qarşılaşacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq