Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gəliblər.
3 gün öncə mövsümdə ilk məğlubiyyətini alan “xilasedicilər” qisasını “dəmiryolçular” alıb. Onlar hər üç setdə rəqiblərindən üstün olublar.
MOİK - “Sərhədçi” qarşılaşmasında da sensasiya olmayıb. Gözlənildiyi kimi, “hərbiçilər” asan qalib gəliblər. “Sərhədçi” ilk setdə müqavimət göstərsə də, son iki hissədə cəmi 22 xal toplayıblar.
Nəticədə əsas rəqibi “Neftçi”dən 1 oyun çox keçirən “Xilasedici” müvəqqəti də olsa, liderliyə yüksəlib. “Azərreyl”in uduzması isə MOİK-in işinə yarayıb. Onlar qələbə sayəsində 1 pillə irəliləyiblər.
Azərbaycan çempionatı
Kişilər, Yüksək Liqa
15 fevral
14:00. “Azərreyl” - “Xilasedici” - 0:3 (16:25, 21:25, 19:25)
FHN-nin İdman-Sağlamlıq Kompleksi
16:00. MOİK - “Sərhədçi” - 3:0 (25:17, 25:9, 25:13)
FHN-nin İdman-Sağlamlıq Kompleksi
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Xilasedici |
6 |
5 |
1 |
16-4 |
479-391 |
15 |
2 |
Neftçi |
5 |
4 |
1 |
13-4 |
413-320 |
12 |
3 |
Murov |
5 |
4 |
1 |
12-6 |
415-352 |
11 |
4 |
MOİK |
5 |
2 |
3 |
9-9 |
393-377 |
7 |
5 |
Azərreyl |
4 |
2 |
2 |
6-6 |
260-257 |
6 |
6 |
Ekspress |
5 |
1 |
4 |
3-12 |
265-351 |
3 |
7 |
Gürcüstan |
0 |
0 |
0 |
0-0 |
0-0 |
0 |
8 |
Sərhədçi |
6 |
0 |
6 |
0-18 |
273-450 |
0 |