Bu gün kişi voleybolçular arasında “Zəfər kuboku”na start verilib.
Apasport.az saytının məlumatına görə, dörd komandanın qatıldığı yarışın ilk günündə yarımfinal görüşləri baş tutub.
“Murov” voleybol klubunun idman zalında keçirilən yarımfinalın ilk matçında Yüksək Liqanın mükafatçıları “Neftçi” ilə MOİK üz-üzə gəlib. Dörd set davam edən qarşılaşmada qalib gələn çempionatın gümüş medalçısı finala vəsiqə qazanıb.
“Neftçi”nin finaldakı rəqibi ölkə çempionu “Murov” olacaq. İkinci yarımfinalda “Sərhədçi” ilə görüşən mərhələnin ev sahibi rəqibini üç setdə məğlub edib. Bununla da “Murov” “Qızıl dubl”a bir addım da yaxınlaşıb.
Qeyd edək ki, sabah baş tutacaq “Murov” – “Neftçi” finalı “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq. Qarşılaşma saat 15:00-da başlayacaq.
“Zəfər kuboku”
Yarımfinal
22 aprel
15:00. “Neftçi” – MOİK - 3:1 (25:15, 25:16, 20:25, 25:16)
“Murov” voleybol klubunun idman zalı
17:00. “Murov” - “Sərhədçi” - 3:0 (25:18, 25:15, 25:13)
“Murov” voleybol klubunun idman zalı