Azərbaycan voleybol yığmasının Türkiyəyə planlaşdırılan səfəri baş tutmayıb
24.04.2008 - 14:23
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın voleybol üzrə qadınlardan ibarət mil komandasının Türkiyəyə planlaşdırılan səfəri baş tutmayıb. Bu haqda “APA-Sport” agentliyinə yığmanın məşqçisi Aleksandr Çervyakov məlumat verib. Onun sözlərinə görə, buna səbəb Türkiyə Superliqasında pley-off oyunlarının hələ də davam etməsidir. İstanbulda yerli klublarla hazırlıq oyunları keçirməyi planlaşdıran komandamızın rəhbərliyi başqa variantları nəzərdən keçirir. Hazırda bir neçə ölkə millisinin Bakıya gəlməsi ilə bağlı danışıqlar aparılır.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0