Peşəkar liqanın oyunları Bakıda keçirilməyəcək
25.04.2008 - 16:54
Bakı. Kənan Həsənov – APA-Sport. Qadın voleybolçular arasında Peşəkar liqanın oyunları Bakıda keçirilməyəcək. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının rəsmisi Oqtay Musayev məlumat verib. Onun sözlərinə görə, federasiya rəhbərliyi yarışı bölgələrdə təşkil etmək haqda qərar çıxarıb. Aparılan danışıqlardan sonra Peşəkar liqanı qəbul edəcək bölgə müəyyənləşəcək.
İlk dəfə təşkil olunacaq Peşəkar liqanın startı mayın 15-dən sonraya planlaşdırılıb. Yarışda Azərbaycan milli komandasının baza klubu “Azərreyl”lə yanaşı, “Rabitə”, “Nəqliyyatçı” və “Lokomotiv” iştirak edəcək. Birinci yeri tutan komanda ölkəmizi Çempionlar liqasında təmsil etmək hüququ qazanacaq.

- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0