Azərbaycan voleybolçuları Türkiyə Superliqasının finalında oynayacaqlar
28.04.2008 - 10:32
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasında yarımfinal mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” doğma meydanda “Türk Telekom” klubuna 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Əsas heyətdə mübarizə aparan V.Korotenkonun oyunu üç ulduzla qiymətləndirilib. O.Quliyeva meydana çıxmayıb. “Fənərbaxça Acibadem”in finaldakı rəqibi yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu olub. İstanbullular həlledici oyunda “Vakıfbank Günəş Sığorta” klubuna qalib gəlib - 3:1. İ.Qorxmaz bu görüşdə çıxış etməyib.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0