FİVB ukraynalı Lidiya Maksimenkonun Azərbaycan milli komandasında çıxışına icazə verib
15.05.2008 - 16:35
Bakı. Kənan Həsənov - APA-Sport. Ukraynalı voleybolçu Lidiya Maksimenko Azərbaycan milli komandasının şərəfini qoruyacaq. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Voleybol Federasiyası (FİVB) 27 yaşlı legionerin yığmamızda çıxışına icazə verib. Bir müddət zədəsini müalicə edən L.Maksimenko komandanın hazırlıq prosesinə qatılıb. “Azərreyl” klubunun da üzvü olan 191 sm boya malik voleybolçu, millinin heyətində Avropa çempionatının seçmə qrup oyunlarında rəsmən debüt edəcək.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız bu nüfuzlu turnirin C qrupunda Rumıniya, İspaniya və Makedoniya ilə iki dövrədən ibarət sistemlə yarışacaq.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız bu nüfuzlu turnirin C qrupunda Rumıniya, İspaniya və Makedoniya ilə iki dövrədən ibarət sistemlə yarışacaq.
0
0