Azərbaycanın voleybol yığması Abu-Dabidə keçirilən beynəlxalq turnirdə 60000 dollar qazanıb
27.05.2008 - 09:40
Bakı. Kənan Həsənov - APA-Sport. Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız mükafat fondu 1 milyon ABŞ dolları olan yarışda son oyununu Misirə qarşı keçirib. Rəqibini çətinlik çəkmədən 3:0 hesabı ilə məğlub edən voleybolçularımız 7-ci yeri tutub. Komandamıza bu nəticəyə görə 60000 dollar mükafat verilib.
0
0