Azərbaycan voleybol yığması sabah Latviya ilə qarşılaşacaq
29.05.2008 - 10:05
Azərbaycan voleybol yığması sabah Latviya ilə qarşılaşacaq
Bakı. Kənan Həsənov – APA-Sport. Sabah Sloveniyanın Maribor şəhərində kişi voleybolçular arasında Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci dövrənin oyunları start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Sahib Əliyevin rəhbərlik etdiyi Azərbaycan milli komandası ilk oyununu Latviyaya qarşı keçirəcək. Yığmamız mayın 31-də Sloveniya, iyunun 1-də Hollandiya ilə oynayacaq.
Qeyd edək ki, komandamız Hollandiyanın Rotterdam şəhərində təşkil edilən birinci dövrədə keçirdiyi bütün oyunlarda məğlub olub. Turnirin reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə mübarizəni pley-offda davam etdirəcək.
0