Azərbaycanın qadın voleybol yığması Avropa çempionatının qrup mərhələsində ilk qələbəsini qazanıb
01.06.2008 - 11:37
«APA-Sport» agentliyinin məlumatına görə, ilk oyununda İspaniyaya 1:3 hesabı ilə uduzan yığmamızın növbəti qarşılaşması uğurlu alınıb. Komandamız Makedoniyaya heç bir şans verməyib – 3:0 (25:13, 25:22, 25:16). Voleybolçularımızdan Natalya Məmmədova, rəqib yığmadan isə Mariya Petroviç oyunun ən yaxşıları seçilib.
Qrupun digər görüşündə Rumıniya İspaniyanı məğlubiyyətə uğradıb – 3:0 (25-23, 25-21, 25-14). İlk iki turdan sonra Rumıniya 4 xalla liderdir. İspaniya və Azərbaycan yığmaları hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan millisi bu gün meydan sahibləri ilə üz-üzə gələcək.
Qrup mərhələsində ikinci dövrənin oyunları İspaniyanın Kaseras şəhərində keçiriləcək. Milli komandamız bu mərhələdə iyunun 6-da Rumıniya, 7-də İspaniya, 8-də isə Makedoniya ilə qarşılaşacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə «pley-off»da mübarizə aparacaq.

0
0